HARVARD UNİVERSİTETİ: AYASOFİYANIN MƏSCİDƏ ÇEVRİLMƏSİ QANUNİDİR

0

Harvard universiteti Hüquq fakultəsinin nəşri olan “Hüquq” dərgisində Türkiyədəki Ayasofiya məbədinin yenidən məscidə çevrilməsi tədqiq edilib.

Dərginin 134-cü sayında çıxan məqalədə bu qərarın siyasi yox, hüquqi olduğu bildirilib.

“Türkiyənin ən ali inzibati məhkəməsi Atatürkün 1934-cü ildə Ayasofiyanı muzeyə çevrilmə qərarını ləğv etdi” başlıqlı məqalədə bildirilib ki, Ayasofiyanın muzeyə çevrilməsi haqsızlıq idi.

Məqalədə bildirilir ki, məscidə çevrilmə prosesi 2016-cı il avqustun 31-də Türkiyə Tarixi Əsərləri və Ətraf Mühiti Mühafizə dərnəyinin, Ayasofiyanın ibadətə açılması tələbi ilə Baş nazirliyə ərizə yazması ilə başlayıb. Həmin il oktyabrın 19-də ərizəyə etiraz edilib, 20 dekabrda isə iddiaçı tərəf Dövlət Müşavirliyinə (Danıştay) yenidən müraciət edib.

Bildirilir ki, Ayasofiyanın 1934-cü ildə muzeyə çevrilməsi, İslami xeyriyyə təşkilatı olan vəqfin əmlakının haqsız yerə müsadirə edilməsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Osmanlı dövründən qalan erməni vəfqlərinə dövlətin müdaxilə etməsini hüquq pozuntusu olması istiqamətində qərar qəbul etməsi, məqalədə nümunə kimi göstərilib.  

Tədqiqatda, 1934-cü ildə Ayasofiyanın muzeyə çevrilməsi barədə qərarın hüquqsuz olduğu, Atatürkün vəqf sənədini dəyişdirmə haqqının olmadığı və bu iki səbəbə görə Danıştayın qəbul etdiyi qərarın düzgün olduğu vurğulanıb.

Həmçinin araşdırmada, dünya iris kimi qəbul edilən Notr Dam katedralı və Westminster manastrı kimi UNESCO-nun mühafizəsi altında olan məbədlərdə ibadət etmək necə hüquq pozuntusu deyilsə Ayasofiyanın ibadətə açılmasının da bu çərçivədə dəyərləndirilə biləcəyi qeyd edilib.

Turistlərin Ayasofiyanı pulsuz ziyarət etmələrinin isə təəccüblü olduğu bildirilib.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİD YANDI, QURANİ-KƏRİMƏ HEÇ NƏ OLMADI

Türkiyə Kahramanmaraş vilayətinin Göksun rayonundakı məscidlərdən birində yanğın baş verib. Yerli yanğından mühafizə idarəsinin əməkdaşları bədbəxt hadisəyə müdaxilə edərək yanğını...

Bağla