HAVA YAĞMURSUZ KEÇƏCƏK

0

Azərbaycanda yanvarın 16-da havanın yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacağı ehtimalı var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edilib

Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim olunub. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib...

Bağla