HİNDİSTANDA DƏRSLİKDƏ İSLAM DÜŞMƏNÇİLİYİ TƏBLİĞ EDİLİR

0

Hindistanda orta məktəblərin yuxarı siniflərində oxudulan dərs kitabında İslam dininə qarşı düşmənçilik təbliğ olunur. Bu barədə Rajastan “İslam Formu”nun kordinatoru Muhsin Raşid məlumat verib. Raşid, 12-ci siniflərdə oxudulan dərs kitabının bir hissəsində İslam dininin terrorla əlaqələndirildiyini bildirib.  

Kitabı yazanlar və nəşr edənlərdən ibarət 14 nəfəri şikayət etdiyini deyən Muhsin Raşid, bu kitabın hədəfinin müsəlmanlara qarşı şübhə və İslama qarşı nifrət yaratmaq olduğunu ifadə edib.

Dərs kitabında “İslam terrorçuluğu nədir” sualına yer verildiyini deyən Raşid, bu sualın cavabı kimi, “İslam terrorçuluğu son 20-30 ildə güclənən bir İslam şəklidir” – kimi cavab verildiyini açıqlayıb.

Muhsin Raşidin kitab bardə şikayətindən sonra yerli polis bu dərslik barədə təhqiqat başlaıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ “İSTANBUL KONVENSİYASI”NDAN AYRILDI

Türkiyə qalmaqallı “İstanbul konvensiyası”ndan ayrıldı. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb və qərar rəsmi qəzetdə nəşr olunaraq...

Bağla