HİNDİSTANDA POLİS TƏRƏFİNDƏN SAXLANILAN GƏNC MÜSƏLMAN ÖLDÜ

0

Hindistan Qərbi Benqal əyalətinin Asansol bölgəsində oğurluq şübhəsi ilə polis tərəfindən saxlanılan müsəlman əslli 21 yaşlı Arnan Xan dünyasını dəyişib.

Arnanın taleyi ilə maraqlanmaq üçün gedən ailəsinə polis bölməsindən oğullarının xəstə olduğu xəstəxanaya aparıldığı deyilib.

Xəstəxanadan gənc oğlanın ölümü narədə xəbər verildikdən sonra bölgədəki müsəlmanlar hiddətlənərək küçələrə çıxıblar. Arnan Xanın saxlanıldığı polis bölməsinə hücum edən izdiham polis binasını daşa basıb və binanın önündəki maşınları yandırıb. Polis insanlara göz yaşardıcı qazla müdaxilə edib.

Polis rəsmiləri isə hadisə ilə əlaqəsi olan 2 polis işçisinin tutduqları vəzifədən kənarlaşdırıldığını bildirib.

 

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BAYRAQDAR” ERMƏNILƏRIN 90 TANK VƏ 400-DƏN ÇOX HƏDƏFİNİ MƏHV EDİB

“Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə...

Bağla