HİNDİSTANDA YERLİ DİNLƏRİN MƏNSUBLARI MÜSƏLMANLAR ÜÇÜN MƏSCİD TİKDİRİR

0

Hindistanın Pəncab əyalətindəki Bhalor kəndində yerli dinlərə mənsub sihlər və hindular kənddə yaşayan müsəlmanlar üçün məscid tikdirir.

Kənd sakini Sardar Pala Singh “Anadolu” agentliyinin müxbirinə, bunun gecikmiş bir addım olduğunu deyib.

“Bütün kənd, yəni hamımız bu addımın atılmağına köməklik göstərmişik. Əvvəllər burada məscid olub. Bu gün Bhalorda sihlərin 7, hinduların isə 2 məbədi var. Buna görə də hamımız müsəlmanların da məbədi olmağını arzuladıq və bunun gecikdiyini hiss etdik.” – deyə Singh bildirib.

Məscid tikintisinin iyunda başladığını deyən kənd sakini, xaricdə yaşayan bhalorlu sihlərində bu iş üçün ianə etdiklərini və tikilmiş məscidi görmək üçün tələsdiklərini qeyd edib.

Singh, Bhaloor və onun həyat tərzinin bütün Hindistan üçün “sevgi və ictimai harmoniya dərsi” olmasını istədiyini söyləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA ƏTRAF MÜHİTLƏ BAĞLI İŞ PROQRAMI İMZALANIB

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti 12 oktyabr 2021-ci...

Bağla