Hindistanın səfirlərinə Məhəmməd Peyğəmbərin (ﷺ) təhqir olunması ilə bağlı notalar verilib

0

Hindistanın bir sıra müsəlman ölkələrindəki səfirlərinə Məhəmməd (ﷺ) Peyğəmbərin təhqir olunması ilə bağlı notalar verilib.

“Mehr” agentliyi bildirib ki, İranın Xarici İşlər Nazirliyi Hindistanın hakim partiyası “Bharatiya Canata Parti”nin (BJP) nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərə və müsəlmanlara qarşı təhqiramiz ifadələr səsləndirməsinə görə Yeni Dehlinin Tehrandakı səfirinə etiraz notası təqdim edib.

Səfir bildirib ki, BJP nümayəndəsinin ifadə etdiyi mövqe bütün dinlərə böyük hörmətlə yanaşan Hindistan hökumətinin fikrini əks etdirmir. Bundan əlavə, onun sözlərinə görə, Şarma dövlət qulluqçusu deyil, sadəcə partiyada vəzifə tutub. Qalmaqal yarandıqdan sonra o, işdən qovulub.

Hindistanın NDTV telekanalının məlumatına görə, BJP rəhbərliyi Şarmanı partiya üzvlüyündən çıxarıb.

Qətər və Küveyt tərəfindən də Hindistan səfirlərinə etiraz notaları təqdim edilib, eyni zamanda Pakistan, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da daxil olmaqla bir sıra digər müsəlman ölkələri və təşkilatları BJP nümayəndəsinin bəyanatlarını pisləyib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBULDA “ŞUŞA İLİ”NƏ HƏSR EDİLMİŞ KONSERT KEÇİRİLİB

Türkiyənin İstanbul şəhərində “Anadoludan Azərbaycana bir nəfəs - 2022 Şuşa ili” adlı təntənəli konsert proqramı keçirilib. "Report"un yerli bürosu xəbər...

Bağla