HOLLANDİYADA CÜMƏ NAMAZI YASAQLANDI

0

Hollandiyada koronovirusla mübarizə tədbirləri çərçivəsində bütün ölkədə cümə namazının qılınması dayandırıldı. İslamveirfan.com xəbər verir ki, bu barədə “Hollandiya-Türk Federasiyası” yazılı bəyanat yayıb.

“Koronavirusun yayılmasının qarşısını almaq üçün Hollandiya hökumətinin qəbul etdiyi qərar istiqamətində və digər Türk quruluşlarıyla aparılan məsləhətləşmələrdən sonra, “Hollandiya-Türk Federasiyası”na bağlı məscidlərdə cümə namazı qılınmamasına qərar verilib. Bu qərarımız verəcəyimiz növbəti elana qədər qüvvədədir.” – deyə federasiyanın bəyanatında bildirilir.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDLƏRDƏ YAS MƏRASİMİNƏ MƏHDUDİYYƏT QOYULDU

Azərbaycanın bir sıra məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar olaraq, yas mərasimlərinin keçirilməsi qadağan edilib. Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)...

Bağla