HULUSI AKAR: “ÖLKƏLƏRİMİZ BÜTÜN TAPŞIRIQLARI YERİNƏ YETİRƏ BİLƏCƏK GÜCDƏDİR” – FOTO

0

“Bu təlimlərin icrası zamanı bütün dünya gördü ki, Türkiyə və Azərbaycanın Silahlı Qüvvələri malik olduqları təchizat ilə quruda, dənizdə, havada, qışda, yazda, dağda, düzənlikdə ona verilən bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir. Hər kəs türk millətinin müdafiəsi məsələsində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə güvənməlidir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

O, Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu bir daha vurğulayıb: “44 günlük müharibə bunun sadəcə sözdə yox, əməldə də olduğunu göstərdi”.

“Sultan Alparslandan Qazi Mustafa Kamala qədər min ildən çox bizə Vətən olan bu torpaqları bu günlərə, bu səviyyələrə çatdıran bütün sərkərdələrimizin xatirəsini ehtiramla anıram. Başda 106 il öncə Şərq cəbhəsində bu torpaqlarda canını fəda edən azərbaycanlı qardaşlarımız olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – nazir bildirib.

Resim

Resim

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XIZIR (ə.s) İLƏ ƏLAQƏLİ HƏDİSLƏR

Peyğəmbər (s.ə.s) əfəndimizin Xızır (ə.s) ilə bağlı hədisləri Xızır (ə.s), Hz. Musanın dövründə yaşamış, ilahi bilgi və hikmətləri olan bir...

Bağla