HULUSİ AKAR: “TÜRKİYƏ DAİM AZƏRBAYCANIN YANINDADIR”

0

“Türkiyə daim Azərbaycanın, Liviyanın yanındadır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə ordusunun terrorla mübarizəsi uğurla davam edir: “Dayanmaq yoxdur. Dənizdə, havada, quruda mübarizə davam edir”.

H.Akar Türkiyənin bütün qonşularının ərazi bütövlüyünə hörmət etdiyini söyləyib: “Bizim kiminsə torpağında gözümüz yoxdur”.

“Harada terroçu varsa, ora bizim hədəfimizdir. “Pənçə Kilid” əməliyyatı uğurla davam edir. Bütün mağaralar bir-bir təmizlənir. Biz çalışırıq ki, mülki əhaliyə, tarixi abidələrə zərər dəyməsin”, – milli müdafiə naziri vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Zərurət yarandığı təqdirdə II Qaregin Allahşükür Paşazadə ilə görüşə razılaşacaq”

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşdırılması üçün Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin...

Bağla