HÜNDÜRLÜYÜ İKİ METR OLAN “ŞUŞA” YAZISI HAZIRDIR

0

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb.

Məlumata görə, xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq.

“AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyəti qurumlara müraciət olunub və təsdiqini gözləyir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin düşməndən azad edildiyini açıqlayıb. Hazırda şəhərdə infrastrukturun bərpası həyata keçirilir, restavrasiya işləri üçün hazırlıqlar görülür.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏL-ƏZHƏR FƏTVA VERDİ: “KOVİD19 SƏBƏBİLƏ DÜNYASINI DƏYİŞƏNLƏR ŞƏHİDDİR”

İslam dininin nüfuzlu mərkəzlərindən olan, Misirdə fəaliyyət göstərən “Əl-Əzhər” rəsmiləri, kovid-19 səbəbindən dünyasını dəyişənlərin şəhid sayılacaqları barədə fətva verib. Bu...

Bağla