İƏT-in Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

0

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Taha Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə İƏT-in tviter hesabında paylaşım edilib.

“Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağlı başsağlığı verir. Xocalı hadisəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir. 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb”, – paylaşımda deyilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN TÜRKİYƏYƏ GÖNDƏRDİYİ HUMANİTAR YARDIMIN HƏCMİ AÇIQLANIB

Azərbaycanın Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter hesabında paylaşım edib. Qeyd...

Bağla