İƏT QARABAĞDA MƏDƏNİ VƏ DİNİ İRSƏ ZİYAN VURULMASINI PİSLƏYİB

0

“30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasının yüksək səviyyəli iclasında qaldırılıb”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha deyib.

O, Əfqanıstanda baş verən hadisələri, Cammu və Kəşmir problemini, Rohinca müsəlman icmasının vəziyyətini və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və dini irsə vurulan zərəri də xatırladıb.

İƏT rəhbəri təşkilatın insan hüquqlarının və insan ləyaqətinə hörmətin təşviqi və qorunmasına sadiqliyini bir daha təsdiqləyib.

O, Qurani-Kərimin təhqir edilməsinin qınanmalı və hamı tərəfindən pislənilməli olduğunu söyləyərək dövlətlərin ksenofobiya və islamofobiya ilə mübarizəsinin vacibliyini vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Allahşükür Paşazadə Yuta ştatının kilsə rəhbərlərini Azərbaycana dəvət edib

Allahşükür Paşazadə Yuta ştatının kilsə rəhbərlərini Azərbaycana dəvət edib Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin Yuta ştatının kilsə...

Bağla