İƏT YƏHUDİLƏRİN MƏSCİDİ-ƏQSAYA HÜCUMLARINI PİSLƏYİB

0

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fanatik yəhudilərin Məscidi-Əqsaya hücumlarını pisləyən bəyanat yayıb.

Bəyanatda, bu hücumlar Qüdsdə tarixi və hüquqi status kvonu dəyişdirmək cəhdi kimi dəyərləndirilib və İsrailin bu addımının beynəlxalq hüququn, Cenevrə konvensiyasının və BMT qərarlarının müvafiq maddələrini pozduğu bildirilib.

Təşkilat bu hücumların məsuliyyətinin İsrailə aid olduğunu bildirib, başda BMT Təhlükəsizlik Komitəsi olmaqla beynəlxalq ictimaiyyəti qanun pozuntularının qarşısını almaq üçün öz öhdəliklərini yerinə yetirməyə dəvət edib.

Bəyanatda həmçinin, problemin iki dövlətin iştirakı ilə həllinin, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin təsis edilməsi planının işığında sülhü təmin edəcək siyasi yol izləməyin vacibliyi vurğulanıb.  

Qeyd edək ki, ivri təqviminə görə sentyabrın 15-də başlayan “Yom Kippur” günü və bundan sonar bir həftə davam edəcək “Sukot” bayramı münasibəti ilə fanatic yəhudilər tez-tez insanları “Məbəd Təpəsi” adlandırdıqları Məscidi-Əqsaya hücum etməyə təşviq edir.

 

Anadolu

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ABŞ-IN DİNİ AZADLIQ ÜZRƏ KOMİSSİYASININ ÖLKƏMİZLƏ BAĞLI MÖVQEYİ QƏRƏZLİDİR”

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xristian Liderlər Konqresinin prezidenti, ABŞ-ın Beynəlxalq Dini Azadlıq...

Bağla