İBRAHİM KALIN HƏMAS-IN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

0

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın İstanbulda Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Görüşdə İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və Qəzza zolağındakı vəziyyət müzakirə edilib. HƏMAS-ın üzvləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisinə bəzi gərginliklər barədə məlumat veriblər.

Görüşdə Qəzza üzrə Sülh Planının ikinci mərhələsinə keçid üçün lazımi şəraitin yaradılması və problemlərin aradan qaldırılması ilə bağlı məsləhətləşmələr aparılıb.

Türkiyənin Qəzzaya humanitar yardım göndərməsi də qeyd olunan müzakirələrdə Fələstin dövlətinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, görüşdə iştirak edən hər iki heyət İsrail ilə Fələstin arasında sülhün yalnız bu halda mümkünlüyünə inanırlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MAGİSTRAL YOLLARDA GÖRMƏ MİN METRƏDƏK MƏHDUDLAŞACAQ

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında...

Bağla