II Türkiyə-Azərbaycan İnvestisiya Forumunda 500-dən çox iştirakçı gözlənilir

0

Dekabrın 23-də Bakıda – Heydər Əliyev Mərkəzində Türkiyə-Azərbaycan İş Forumu keçiriləcək.

“Report” xəbər verir ki, bunu Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndəsi Salih Tüfekçi Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfrasında bildirib.

“Bu forum Türkiyə-Azərbaycan iş əlaqələrində mühüm mərhələlərdən biri, iş dünyasına dəyərli töhfələrdəndir. Heydər Əliyev Mərkəzində yenə iki dövlətin yüksək səviyyəli rəhbərlərinin, nazirlərinin və böyük iş adamlarının qatılacağı bir forum təşkil olunacaq. O cümlədən, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycanın Baş naziri Əli Əsədov da forumda iştirak edəcək”, – deyə o qeyd edib.

Tədbirdə çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı isə deyib ki, I Azərbaycan-Türkiyə İnvestisiya Forumunda 600-dən çox iştirakçı olub, çox faydalı müzakirələr aparılıb.

“Bu il də biz yüksək səviyyəli hökumət və biznes nümayəndələri daxil olmaqla 500-dən çox iştirakçı gözləyirik. Altı panel sessiyamız olacaq. Onlar müxtəlif sahələri – texnologiya, iqlim və şəhərsalmanı əhatə edəcək, həmin sahələrə investisiya cəlb olunması istiqamətində müzakirələrlə yadda qalacaq”, – deyə o qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ BÖLGƏLƏRƏ QAR YAĞIR

Azərbaycanda dekabrın 10-u saat 9:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Bağla