İKT BAŞ KATİBİ: “İSLAM ÖLKƏLƏRİNİN BİRLİYƏ EHTİYACI VAR”

0

“İslam ölkələrinin birliyə ehtiyacı var”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hiseyn Brahim Taha BƏƏ-nin paytaxtı Əbu-Dabidə Dünya Müsəlman İcmaları Şurasının təşkilatçılığı ilə keçirilən iki günlük konfransda deyib.

Taha qeyd edib ki, İslam dünyası bir çox problemlərlə, o cümlədən dünyada bu dinin pis imicinin aradan qaldırılması ilə üzləşib.

“Bu vəziyyət İslam birliyi anlayışını və dininin həqiqi simasını islah etmək üçün müsəlmanların, İslam ölkələrinin, cəmiyyətlərin və qurumların birliyini tələb edir”, – İKT rəhbəri deyib.

O, vurğulayıb ki, dünyada müharibələr, etnik və məzhəb qarşıdurmaları artıb: “Bir çox İslam ölkəsində qeyri-sabitliyə səbəb olan müharibə və qarşıdurmalardan müsəlman dünyası da zərər çəkib”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakıya səfər edəcək Bu barədə Türkiyə...

Bağla