İLAHİ DƏVƏT

0

Uca Rəbbimiz, Qurani Kərimin qəlbi hökmündə olan əmrlərdən birini Bəqərə surəsinin 183-cü ayəsində bizlərə belə duyurur: “Ey iman gətirənlər! Allahdan qorxub pis əməllərdən çəkinəsiniz (təqvalı olasınız) diye, oruc sizdən əvvəlkilərə fərz edildiyi kimi, sizə də fərz edildi.” Bu ilahi xitab, orucun sadəcə ümməti-Məhəmmədə xas bir öhdəlik olmadığını, bəşəriyyət tarixi boyunca ruhu saflaşdırmaq və nəfsi tərbiyə etmək üçün göndərilən qədim bir arınma intizamı olduğunu xatırladır. Ayədə keçən “çəkinəsiniz (qorunasınız) deyə” ifadəsi, orucun əsl hədəfinin təqva olduğunu açıq şəkildə ortaya qoyur.

Peyğəmbər Əfəndimiz (s.a.s) də İslamın sarsılmaz bir bina kimi beş əsas sütun üzərində inşa edildiyini bəyan edərkən orucun yerini belə təyin etmişdir: “İslam beş təməl üzərində qurulmuşdur: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namazı tam qılmaq, zəkatı haqqıyla vermək, Allahın evi Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq. (Buxari, İman 1, 2). Bu hədisi-şərif, orucun sadəcə fərdi bir seçim deyil, müsəlman kimliyinin ayrılmaz bir parçası olduğunu təsdiq edir.

Oruc, möminin həyatına mənəvi bir zireh kimi sarılan o uca “qorunma qalxanını” yerləşdirir. Rəbbimiz, mahiyyəti bizcə tam bilinməyən, lakin qədr-qiyməti misilsiz olan bu ibadət haqqında bir qüdsi hədisdə belə buyurmuşdur: “İnsanın orucdan başqa hər əməli özü üçündür. Oruc Mənim üçündür, onun mükafatını da Mən verəcəyəm. (Buxari, Savm 9). Bu bəyan, orucun içində barındırdığı ixlas və riyadan (göstərişdən) uzaq durma xüsusiyyətinə bir işarədir, çünki insanın oruclu olduğunu Allahdan başqa kimsə tam mənasıyla bilə bilməz.

Ramazan ayı, nəfsin məncil arzularının cilovlandığı, ruhun isə səmavi aləmlərə qanad açdığı müqəddəs bir mövsümdür. Bu ayın gəlişi ilə birlikdə kainatda mənəvi bir bayram havası əsər. Allah Rəsulu (s.a.s) bu mənəvi atmosferi bu müjdə ilə tərif edir: “Ramazan ayı girdiyində cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənər.” (Buxari, Savm 5). Bu, mömin üçün qaçırılmayacaq bir fürsət, günah çirklərindən təmizlənmək üçün təqdim edilmiş ilahi bir şəfa reseptidir.

Könül dünyamızı bu qutlu dəvətə açmaq, sadəcə mədəni ac buraxmaq deyil, qəlbi masivadan (Allahdan başqa hər şeydən) təmizləməkdir. Əfəndimiz (s.a.s) vədini belə tamamlayır: “Kim, fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman 28, Savm 6). Elə isə gəlin, bu mübarək dəvətə bütün varlığımızla icabət edək.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN: Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə olaraq qalırTürkiyə XİN: Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə olaraq qalır

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Bağla