“QARDAŞ TÜRKİYƏNİN DƏSTƏYİNİ XALQIMIZ HEÇ ZAMAN UNUTMAYACAQ”

0

“Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq”.

Bu fikirlər Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda yer alıb.

“Əminəm ki, “Bir millət iki dövlət” şüarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik”, – məktubda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV ƏRDOĞANI TƏBRİK EDİB

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının...

Bağla