İLHAM ƏLİYEV RƏCƏB TAYYIB ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

0

xAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır

Türkiyə Cənubi Qafqazda sülhlə bağlı atılan addımların bütün dünyaya örnək olmasını istəyir. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib...

Bağla