İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBULDA ÇOX SAYDA İNSANIN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN PARTLAYIŞ AŞ VERİB

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonundakı məşhur İstiqlal küçəsində çox sayda mülki insanın ölməsi və yaralanması ilə nəticələnən partlayış baş verib....

Bağla