İLHAM ƏLİYEV TÜRKİYƏ PREZİDENTİNƏ ZƏNG EDİB

0

Noyabrın 11-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlət başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Türkiyə Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib....

Bağla