İMAN NƏDİR?

0

Allahın varlığını və birliyini bütün mənliyi ilə qəbul edərək onun göndərdiyi dinin hökmlərini qəlb ilə təsdiq etmək və bu inancı dil ilə ifadə etməkdir.

  • Allaha İman:

Allahın tək ve yeganə yaradıcımız olduğuna inanırıq.“De ki: Allah təkdir. O bütün varlığın tək dayanağıdır. Doğulmamışdır, doğmamışdır. Onun tayı ve bənzəri yoxdur”. (İxlas, 1-4)

  • Mələklərə İman:

Mələkləri gorə bilmərik, eşitmərik, onlara toxuna bilmərik, amma var olduqlarına inanırıq.“Göylərdə və yerdə var olan canlılar və mələklər təkəbbur gostərmədən Allaha boyun əyərlər”. (Nəhl, 49)

  • Kitablara İman:

Allahın peyğəmbərlərinə göndərdiyi vəhyləri tərəddüdsüz qəbul edirik. “Allah mujdə verən və xəbərdarlıq edən olaraq peyğəmbərlər gondərdi

və yanlarında insanların ixtilafa duşdukləri şeylərdə aralarında hökm vermək üçün kitabları haqq olaraq endirdi”. (Bəqərə, 213)

  • Peyğəmbərlərə İman:

Allahın göndərdiyi elçilərə inanır, onların təbliğ etdikləri mesajları qəbul edirik. “Biz peyğəmbərləri ancaq müjdə verən və xəbərdar edənlər olaraq göndərərik. Kim iman edər və özünü düzəldərsə, onlara qorxu yoxdur. Onlar kədərlənəcək deyillər”. (Ənam, 48)

  • Axirətə İman:

Öldukdən sonra dünyadakı həyatımızın hesabını verəcəyimizə və arxasınca ölümsüz bir həyat sürəcəyimizə inanırıq. “Dünya həyatı bir oyun və əyləncədən başqa nədir ki? Çəkinib qorunanlar üçün axirət yurdu, əlbəttə ki, daha yaxşıdır. Məgər başa duşmürsünüz?” (Ənam, 32

  • Qədər və Qəzaya iman:

Yaxşı ya da pis, hər şeyin Allahın muəyyən etdiyi plan və proqram daxilində meydana gəldiyinə inanırıq. “Biz hər şeyi muəyyən olcudə yaratdıq”. (Qəmər, 49) 

 7/24 Elmihal Kitabı (İpəkyolu Nəşriyyatı)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV BİNƏLİ YILDIRIMI QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib. Bu...

Bağla