İmanın Coşqunluqla Yaşanması

0

İmanın Mənası və Əhəmiyyəti

İman ağlın nuru, vicdanın cilası və qəlbdəki duyğuların ahəngidir. Bu müvəqqəti dünyadan əbədi həyata xoşbəxt şəkildə keçmək yalnız imanla mümkündür. İmanın yol göstərənləri peyğəmbərlər, ilahi kitablar və Allah dostlarıdır. Allah-Təala buyurur: “Həqiqətən, Allah möminlərdən canlarını və mallarını Cənnət müqabilində satın aldı.” (Tövbə, 111)

İman bir ilahi nemətdir və dünya imtahanları onun səmimiyyətini ölçən bir vasitədir. Möminin səbir və təslimiyyətlə imanını qoruması Allahın razılığını qazanmaq üçün verilən imtahandır. İmanı kamilləşdirməyin yolu, Allahın razılığını qazanmaq üçün canı, malı və sahib olduğu hər şeyi Onun yolunda fəda etməkdir. Hər bir mömin iman nemətinin qiymətini ödəmək məsuliyyətindədir. Çünki ödənilməmiş bir şeyin sahibi kimi davranmaq əslində əbəs yerə vaxt sərf etməkdir.

İman və Yaxşı Əməllərin Əlaqəsi

İman yaxşı əməllərlə qorunur və güclənir. Buna görə də Qurani-Kərimdə və hədislərdə iman və saleh əməllər tez-tez birlikdə qeyd olunur: “İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlara bağışlanma və böyük mükafat vardır.” (Fussilət, 8) İman yalnız nəzəri biliklə deyil, qəlbə işlənən və davranışlara əks olunan həqiqətlərlə yaşanır.

İmanı Qorumağın Yolları

İmanın qorunması üçün:

  • Allahı davamlı xatırlamaq (zikrullah)
  • Qəlbi günahlardan təmizləmək
  • Yaxşı əməllərlə imanımızı gücləndirmək lazımdır.

Allah-Təala buyurur: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar.” (Rəd, 28) Şeytan imanımızı oğurlamaq üçün daim müxtəlif tələlər qurur. Buna görə də imanımızı daim möhkəmləndirməli və qoruyub saxlamalıyıq.

Peyğəmbərimizin (s.a.s) İman Dolu Həyatı

Hz. Məhəmməd (s.a.s)hələ 12 yaşında ikən rahib Bahira ona belə demişdi:

“Lat və Uzzanın adına and içərək mənə cavab ver.”

Peyğəmbərimiz (s.a.s) cavab verdi:

“Lat və Uzzanın adına and içməyim üçün məndən istəmə! And olsun Allaha, mənim üçün ən nifrətamiz şey həmin iki bütlərdir.” Bu hadisə onun hələ gənc yaşda belə bütpərəstlikdən uzaq olduğunu və imanını necə coşqun bir şəkildə yaşadığını göstərir.

İman mömin üçün ən böyük sərvətdir. Onu qorumaq və yaşatmaq bizim əsas vəzifəmizdir. Yaxşı əməllərlə imanımızı gücləndirib, Allahın razılığını qazanmaq üçün çalışmalıyıq.

Rəşad Manafov

 

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası...

Bağla