İNKİŞAFIN AÇARI OXUMAQ

0

Son illərdə xüsusi bir elm sahəsi olaraq qəbul olunmasa da çox populyar olan şəsxiyyət və xarakter inkişafı insanın yenilənməsinə, fərdi inkişafına böyük əhəmiyyət verən bir ixtisas sahəsi olaraq önümüzə çıxmaqdadır.

İnsanı digər canlılardan ayıran ən mühüm xüsus ondakı oxumaq, yazmaq, öyrənmək, düşünmək və anlamaq amilidir.

Məhz sahib olduğu bu keyfiyyətlərə görə insana yaşadığı dünyada fərqli bir missiya yüklənmiş, digər canlılar onun əmrinə verilmişdir.

Bu missiyanı layiqincə yerinə yetirmək üçün oxumağın böyük əhəmiyyəti var. İnsan yaradılışı etibarı ilə hər zaman öyrənmək ehtiyacı içindədir. Bunun da yolu oxumaqdan keçir.

İnternetdə ölkələrə görə kitab oxuma səviyyəsinə göz atdığımız zaman qəribə mənzərə ilə qarşılaşırıq:

Amerikada 1000 nəfərə 3000 kitab, Almaniyada 2700, Rusiyada 700 kitab düşür. Yaponiyada adam başına 6 kitab düşdüyü halda islam ölkələrində kitab oxumağın səviyyəsi həddən artıq aşağıdır. İlk əmri “oxu” olan islam dininin mənsubları olaraq bu hal hamımızı düşündürməlidir.

Kitab oxumaq nə üçün mühümdür?

Oxuyaraq hadisələrin və baş verən proseslərin iç üzünü öyrənən bir adam ilk növbədə özünə güvən qazanır. Bu da öz növbəsində insanın düşüncə üfüqünü açaraq ona geniş bir dünya görüşü və hadisələri analiz etmə bacarığı qazandırır.

Beləliklə:

–  Hər oxuduğuna, hər duyduğuna, izlədiyi hər xəbərə inanmaz, düşünər və analiz edər.

–  Hadisələrə baxış prizmanız dəyişər.

–  Özünüzə inam hissinə sqahib olarsınız.

–  Hafizəniz güclənər, huşsuzluq xəstəliyi çox yaşlı vaxtınıza ertələnər.

–  Əgər ölkəniz üçün bir qism layihələr ortaya qoyub özümüzü isbatlamaq istəyiriksə çox kitab oxumalıyıq. Çünki mühüm layihələr ortaya qoymaq güc istər, çalışqanlıq istər, bilik istər.

Boş vaxtlarını əsasən heç bir faydalı məlumat verməyən televizor qarşısında keçirməkdənsə kitab oxuyaraq dəyərləndirən insanlar əldə etdikləri elm və intellekt nəticəsində eyni zamanda cəmiyyət içində təsirli xarakterə sahib olurlar. Bütün bu xüsusiyyətlər insanın ilk növbədə özünü inkişaf etdirmək üçün oxumasının lüzumunu ortaya qoyur. Oxuyaraq özünü yetişdirən adamlar isə əlbəttə ki, ətraflarında gedən proseslərə hakim olacaq və cəmiyyət içərisində təlim səviyyəsində şəxsiyyət və xarakter inkişafı xüsusunda zamanla böyük məsafələr qət ediləcək. 

Oxuyaraq zaman qazanmaq

Kitab oxumaq vərdişini qazandırmaq üçün bu mövzuda böyüklərin nümunə olmaları lazımdır. Uşaq valideynlərini kitab oxuyarkən görməli, ailəvi şəkildə evdə kitab oxuma saatları təyin olunmalıdır. İşdən sonra və ya evdə televizor qarşısında keçirilən zamanlar ailənin kiçik fərdləri üçün olduqca təhlükəli anlardır. Bununla yanaşı avtobus, qatar, taksi və təyyarə kimi nəqliyyat vasitələrində səyahət edərkən məcburi olaraq keçən boş zamanlar da kitab oxuyaraq dəyərləndiriləcək anlardır. Xüsusilə gözləmə salonlarında, məkanlarında kitab oxumaq keçən zamanı həm maraqlı hala gətirəcək, həm də yeni məlumatlar əldə etməyə səbəb olacaqdır.

Bu xüsusda inkişaf etmiş ölkələrin panoraması diqqətçəkicidir. Ələ düşən hər boş anda özləri ilə gəzdirdikləri kitabı oxuyan qərblilər kitab oxumaq vərdişinin ən gözəl nümunələrini ortaya qoyurlar. 

Bizim də mədəni irsimizə göz nəzər saldıqda gözqamaşdıracaq bir tablo ilə qarşılaşacağıq. Ən azından əcdadımızın yazdığı əsərlərin sayı qədər kitab oxumağa çalımalıyıq.

Bir millətin gəncliyi çox böyük bir xəzinədir. Bu xəzinəni oxuyaraq, oxudaraq vətənə, millətə faydalı hala gətirmək lazımdır.

Kitab oxumağın nə faydası var?

İnsan ilk növbədə özünə inam hissi qazanmalıdır. Daima müvəffəq olma həyəcanı ilə yaşamalıdır. Çalışqan insanın gündəmində nailiyyətsizlik yoxdur. Bir adamın sahib olduğu fikir və düşüncələri onun bilik və mədəni səviyyəsi qədərdir. Bizim əcdadımız daima böyük düşünmüş, böyük işlərə imza atmışlar. Biz də onlardan ibrət götürərək özümüzü inkişaf etdirməli və onların açdığı cığırla irəliləməliyik. İnsan kitab oxumaq vərdişi qazandığı zaman özünə inam hissi artar. Kitab oxuyan insanların bacarığı və biliyi artar. Bir müdrikin ifadəsi ilə “oxuyanla oxumayan arasındakı fərq ölü ilə diri arasındalı fərq kimidir. Çünki oxumaq həyatın qabığını yenidən çatlatmaqdır.”

Doğru kitab necə seçilir?

Oxumaq vərdişi ilə bağlı bütün dediklərimizlə yanaşı xüsusilə diqqət edilməli olan bir xüsus da oxunacaq kitabın seçilməsinə əhəmiyyət verməkdir. Bir il ərzində nəşr olunan minlərlə kitabın içində əlbəttə ki, faydalı əsərlərlə yanaşı kitab olaraq dəyərləndirilməyəcək nəşrlər də vardır. Bütün bu kitabların arasında oxunacaq doğru kitabları seçmək isə ancaq insanları düzgün istiqamətləndirməklə mümkündür.

İlk növbədə oxunacaq əsərin oxuyana həyəcan verməsi və zövqlə oxumaq çox mühümdür. Əks xüsusiyyətə malik olan kitablar oxucuları şübhəçi və ümidsiz bir ruh halına sürükləyər. Qaranlıq və qəlb qaraldacaq mövzulardan bəhs edən kitablardan isə uzaq durmaq lazımdır.

Oxuyan adamın inkişşafına faydalı olacaq mövzulara sahib kitablar eyni zamanda insanları vəsvəsədən uzaq tutar və ümidsizliyə salmaz. Adın zehnə sahib olduqları üçün də doğru ilə yanlışı daha asan və tez ayırd edə bilərlər.

Onu da qeyd etmək lazımdır ki, hikmətli, sadə və səmimi üslubda olan kitablar oxuyuculara daha tez təsir edir.

Unutmamaq lazımdır ki, insanın iç dünyasını qaraldan kitabların oxunması şeytana xidmət edən cərəyanların işini asanlaşdırır. Halbuki bu kimi zərərli və təhlükəli cərəyanların qarşısını almaq üçün onların iç üzünü ortaya qoyacaq kitablar oxumaq və hər kəsi də bu cür kitablara sövq etmək lazımdır. 

Heç bir elmi əsası olmayan, şübhəli izahlara əsaslanan, yalanlarla dolu olan yazılar əlbəttə ki, insanlar üzərində mənfi təsir göstərir. Bu mənfi təsirlər isə ancaq elmi həqiqətlərə əsaslanan, oxucunu yormayan, asan anlaşılan kitabların oxunması ilə əngəllənə bilər.

Elm Çində də olsa ardınca gedin deyərək elmdə məkan sərhədini, beşikdən məzaradək elm öyrənməyi tövsiyə edərək elmdə və oxumaqda zaman sərhədini qaldıran bir mədəniyyətin mənsubu olduğumuzu unutmayaq.

****

Yeni bir şey öyrənmədən keçirdiyim bir gündə mənim üçün xeyir yoxdur. Xeyir övlad və mal artırmaqda deyil, elm artırmaqdadır. (Hz. Əli)

Ya alim ol, ya öyrənən ol, ya dinləyici ol, ya da bunları sevən ol. Beşincisi olma. (Hz. Məhəmməd)

Bir ölkədə oxumağa maraq artmadıqca qəflət və qəflətdən doğacaq fəlakət azalmaz.

Yetişən zəkaları kitablarla bəsləməyən millətlər xüsrana məhkumdurlar.

SEDAT DEMİR

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAQQIN DƏYƏRİ NƏDİR?

Haqsızlıq bəşəriyyətin ən təhlükəli bəlası olaraq insanlığa qarşı yönəldilmiş ən böyük cinayətlərdən biridir. Bəşəriyyətin yarandığı gündən günümüzə qədər davamlı haqsızlıq...

Bağla