İNSAN BƏDƏNİNDƏ MÖCÜZƏ

0

Qurani-Kərim elə bir kitabdır ki, onu hansı sahənin mütəxəssisi oxusa, orada analayacağı şəkildə Allaha aparan ayələr tapacaqdır. Bunlardan biri də Mülk surəsinin 23-cü ayəsidir:

 “Sizə qulaq, göz və qəlb (dərrakə, hissiyyat) verən odur. Siz çox az şükür edirsiniz”.

Qurani-Kərimdə Allah-Təala vaxtaşırı olaraq insanlarıtəbiətdə baş verən hadisələrə daha diqqətli baxmağa təşviq edir. Beləliklə, ağıl sahibi insan Allah-Təalanın diqqət çəkdiyi məsələlərə yenidən təfəkkür halında baxdıqda Allahın varlığını, onun qüdrət və əzəmətini yəqinləşdirəcəkdir.

Yuxarıdakı ayədə də Allah-Təala insanıona verilən qulaq, göz, ürək kimi nemətlərin üzərində təkrar düşünməyə vadar edir. Beləliklə,insanlardan bütün bunların şüurunda olmağı və təbii olaraq verilən bu nemətlərə qarşı Allaha şükür etmələrini istəyir.

Əlbəttə, hər şükür də verilən nemətin cinsindən olmalıdır. Bunun üçün qulaq nemətinin şükrü Allahın xoşuna gəlməyəcək sözlərə qulaq asmamaq, göz nemətinin şükrü  harama baxmamaq, qəlb və düşüncənin şükrü də Allahın haram qıldığı fikir və düşüncələrdən uzaq olmaqla icra edilir.

RAMİZ MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAH BİZƏ BORCLUDURMU?

Günlük həyatımızda qarşılaşdığımız ən bəsit məsələ və problemlərimizin həllində cüzi də olsa köməkliyini hiss etdiyimiz insanlara əlimizdən gəldiyincə onların bu...

Bağla