İNSANDAKI SİRR

0

İnsan əhsəni-təqvim ilə əsfələ-səfilin, təqva ilə fücur arasında məddu-cəzirlər yaşayan bir müəmmadır. İnsan əsma təcəllilərini əks etdirmək xüsusunda məxluqatın ən istedadlı varlığıdır. Kainat da bu cəhətdən bədənnüma güzgü kimi insanın tamaşa və təfəkkürünə verilmişdir.

Əslində bütün aləm əsma təcəllilərindən ibarətdir. Bu mənada kainat onu güzgüyə çevirəcək kimyəvi iksiri/sirri çəkilməmiş şüşə bir lövhəyə bənzəyir. Həmin lövhəyə güzgü vəsfi qazandıracaq ilahi iksir/sirr olaraq yaradılan insan onu tamamlayır. Beləcə, təfəkkür nəzəri ilə baxdıqda aləm insan üçün bədənnüma güzgüsünə çevrilir. İnsan onda öz heçliyini və yaradılış cövhərini görür və agah olur. Bu təfəkkürlə:

“Nəfsini tanıyan Rəbbini tanıyar”.

Çünki hədisi-şərifdə belə buyurulur:

“(Hər cür surət və təsəvvürdən münəzzəh olan) Allah Adəmi öz surətində yaratdı”. (Müslim, Birr, 115)

Bu hədisi-şərifdə ifadə edilən həqiqət cismani surət deyil, batini və mənəvi surətdir; Cəsəd və nəfs tərəfi deyil, ruh və sirr tərəfidir. 

 İnsanın varlığına Allah tərəfindən ruhun üfürülməsi, insanın yer üzünə xəlifə qılınması, mələklərin Adəmə səcdə etməsinin həqiqəti də bunu ifadə edir. Haqq-Təala buyurur:

وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلٰئِٓكَةِ اِنِّي جَاعِلٌ فِي الْاَرْضِ خَلِيفَةً

“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedi”. (əl-Bəqərə, 30)

فَاِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

“Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan üfürən (can verən) kimi ona  səcdə edin!”. (əs-Sad, 72)

Haqq-Təala bütün isimləri Həzrət Adəmə öyrətmişdir. İnsan oğlu Rəbbinin ona lütf etdiyi bu elm və xüsusiyyətlərlə yer üzündə Haqqın şahidi olmalı, Kainat Kitabının və Qu­ra­ni-Kərimin rəhbərliyində öz varlığındakı sirr və hikmətləri oxumaq cəhdində olmalıdır. Bu cəhd və səyləri ona “mə­rifətullah”a doğru məsafə qət etdirəcəkdir.

Bu səbəblə Haqq dostları ilahi həqiqətlərin təfsiri və izahı mahiyyətində

“Allah-Təala insanın, insan da Allahın sirridir”, – de­miş­lər. (Füsusul-Hikəm Tərcümə və Şərhi, I, 48)

Nəfs əngəlini aşa bilən insan zəriflik və nəzakət sərgisi, sənət xariqəsidir; Bu hal ilə o, Kainat Kitabının xülasəsi, fatihəsi və yaradılış sirridir.

Çünki;

Zahirən ət və sümükdən ibarət olmasına baxmayaraq insanın bu görünüşü altındakı mənəvi varlığında ilahi təcəllinin bir çox sirləri, nurları və həqiqətləri gizlənmişdir. Həzrət Əli t bu həqiqəti bir beytində insana xitabən belə dilə gətirir:

Şeyx Qalibin bir məşhur beytinin ifadə etdiyi həqiqət də belədir:

Xoşca bax zatına kim zübdeyi-aləmsən sən,

Mərdumi-dideyi-əqvan olan adəmsən sən…

“Ey insan, könül gözü ilə öz varlığına yaxşı bax, çünki sən aləmin, yəni yaradılanların özü və kainatın göz bəbəyi olan adəmsən”.

İblis Həzrət Adəmin həqiqətini görə bilmədiyi üçün həsəd edərək ona ehtiram səcdəsi etməkdən boyun qaçırmış və üsyan etmişdi. Həzrət Mövlana buyurur:

“Hünər və elm sahibi olan kəs yaxşı adamdır, amma iblisdən ibrət alsan da, ona çox dəyər vermə! Çünki iblis də elm sahibi idi, lakin o, Adəmin torpaqdan yaradıldığını, zahiri üzünü gördü, fəqət onun həqiqətini görmədi”.

İnsan oğlu təqva ilə qəlbini cismani və nəfsani kirlərdən təmizləyib hüzur halı yaşadıqca ali təfəkkür və idrak də­rin­liyində mərhələ qət edər.

İnsan bu kamillik mərtəbəsinə yüksəldikdə Allah ilə arasındakı qəflət pərdəsi açılmağa başlayar, “ölmədən əvvəl ölmək” sirrindən nəsib alar. Dünya və onun fani sevgisi, keçici olan bütün dəbdəbəli gözəlliyi və boş sevdalar gözündən düşər, könlündən çıxar. Beləliklə, ruh halı Xaliqə yaxınlaşmağın tərifəsığmaz ləzzətinə nail olar.

Gördüyü hər şeydə qəlbi ona Allahı xatırladar və Allaha olan bağlılığı, dostluğu güclənər. Belə bir təfəkkür necə də gözəl iman açarıdır.

Bu səviyyəyə çatmış bir insan üçün kainat möhtəşəm məktəb və əsl imtahan dərsxanasıdır.

KAİNAT, QURAN VƏ İNSAN, OSMAN NURİ TOPBAŞ

İPƏKYOLU NƏŞRİYYATI.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANALI-ATALI YETİMLƏR

Kiçik qızımın valideyn yığıncağında müəllimi, uşaqların ailələriylə olan əlaqələrindən bəhs edərkən "bəzi uşaqlarda güvən əskikliyi var, mən problemin səbəbini öyrənməyə...

Bağla