İPƏKYOLU NƏŞRİYYATINDAN ƏN GÖZƏL BAYRAM HƏDİYYƏSİ

0

İpəkyolu Nəşriyyatı, ilahi kəlam Qurani-Kərimin Azərbaycan dilində tərcüməsini, müqəddəs ramazan bayramı öncəsində oxucularının istifadəsinə təqdim edib. İslamveirfan.com xəbər verir ki, bu dəyərli əsərin müəllifi Bakı İslam uiversiteti Zaqatala şöbəsinin təfsir müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanovdur.

Həmçinin şöbənin müəllimlərinin birgə səyi ilə ərsəyə gələn “QURANİ-KƏRİM və MƏALI” kitabının baş məsləhətçisi tarix elmləri doktoru professor Şeyxulislam Allahşükür Paşazadə, məsləhətçisi mərhum akademik Vasim Məmmədəliyevdir.

Əsər üçün yazılmış ön sözün müəllifi isə görkəmli Şərqşünas, Dossent Vüqar Qaradağlıdır.

Bu əsəri İpəkyolu Nəşriyatının satış mağazasından əldə etmək olar.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi 16. (İçərişəhər metrosunun yaxınlığında).

Əlaqə üçün telefonlar: 012 492 14 38, 051 412 22 82

Fotoğraf açıklaması yok.

Fotoğraf açıklaması yok.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AÇIQ HAVADA CAMAAT NAMAZI İLƏ ETİRAZ AKSİYASI

Kosovonun payaxtı Priştina şəhərində bir qrup müsəlman gənc, ölkədə pandemiya səbəbindən bağlanmış məscidlərin açılmamasına qarşı etiraz aksiyası keçiriblər. Paytaxtın “İskəndər...

Bağla