İRAQDA KORONAVİRUSA QARŞI NAMAZ FƏTVASI

0

İraqlı dini lider Ayətullah Əli əs-Sistani, koronavirusla mübarizə tədbirləri çərçivəsində qoyulmuş bütün qadağalara riayət etmənin labüd olfuğunu bildirib. İslamveirfan.com xəbər verir ki, bu barədə Sistaniyə aid sosial şəbəkə səhifəsində məlumat yayılıb. Məlumatda Sistani, koronavirusun yayıldığı bölgələrdə camaat namazının hokum barədə suala cavar verərkən, namazların camaatla qılınmaması barədə qadağaya riayət olunmasını qeyd edib.

“Koronavirusun yayılmasının qarşısını almaq məqsədiylə bu cür ictimai fəaliyyətlərin yasaqlandığı yerlərdə belə tədbirlər ciddi qəbul edilməlidir və riayət edilməlidir.” – deyə Sistaninin social şəbəkə hesabında bildirilir.

İraq səhiyyə rəsmilərinin bildirdiyinə görə, 24 fevraldan bəri ölkədə 73 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 7 nəfəri ölüb, 7 nəfəri isə sağalıb.   

Xatırladaq ki, Şimali İraqın Süleymaniyə vilayətindəki məscidlərdə, koronavirus təhlükəsi səbəbindən camaatla namaz qılmaq qadağan edilmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TOLERANTLIQ MÜHİTİN GÜCLƏNDIRILMƏSINDƏ AZƏRBAYCANIN ÖNƏMLİ ROLU VAR

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycan multikulturalizmini təqdir edən bəyannamə qəbul edib ABŞ-ın Yuta Ştat Senatı martın 9-da Azərbaycanın dinlərarası harmoniya...

Bağla