“İRQÇİLİK BƏŞƏRİYYƏT ÜÇÜN BÖYÜK TƏHLÜKƏDİR”

0

“Ümumdünya Müsəlman Alimlər Şurası”nın baş katibi Əli Muhyiddin əl-Qaradaği irqçiliyin və etnik ayrı-seçkiliyin təhlükəli olduğunu deyib.

Bu barədə fikirlərini facebook sosial şəbəkəsindəki səhifəsində açıqlayan əl-Qaradaği, bütün insanları bu problemlə mübarizə aparmağa səsləyib.

“İrqçilik və etnik ayrı-seçkilik bütün dünyada yenidən çoxaalmağa başlayıb. Bu, bəşəriyyət üçün böyük təklükədir. Tarix böyu bu problem iğtişaşlara, insidentlərə və insanların xor görülməsinə səbəb olmuşdur.”

İlahi və beynəlxalq qanunların irqçiliyi və etnik ayrı-seçkiliyi yasaqladığını, İslamın insanların bərabərhüquqlu olmasına maksimum diqqət etdiyini deyən əl-Qaradaği, bütün insaları birləşərək bu problemlə mübarizə aparmaq üçün səy göstərməyə səsləyib.

“İslamiyyətin yayılması iə mübarizə bəhanəsiylə irqçilik yenidən meydana çıxmışdır. Amma biz Qərbə və digərlərinə, irqçiliyin sadəcə müsəlmanlar üzərində yox, bütün insanlar üzərində fəsadlar yaratması barədə xəbərdarlıq etmişdik.” – deyə baş katib bildirib.    

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YENƏ DƏ DÜŞÜNMÜRSÜNÜZMÜ?

Ağıl sahibi insanlara Qurani-kərimdə belə səslənilir: “Yenə də düşünmürsünüzmü?” (Hud 30, Muminun 85) “Hələ də düşünüb dərk etmirsinizmi?” (Hud 51,...

Bağla