İŞİD MOSUL UNİVERSİTETİNDƏ 80 MİLYON KİTAB VƏ SƏNƏDİ YANDIRDI

0

İŞİD terrorçuları İraqın böyük təhsil mərkəzlərindən biri olan “Mosul” universitetində 80 milyondan çox kitabı və elektronik sənədi yandıraraq məhv edib. Bu barədə universitetin mətbuat sözçüsü Abdulkərim Hetroşi məlumat verib.

“Mosul universiteti 1967-ci ildə qurulub. İŞİD-in işğalından öncə burada 23 fakultə, 120 kafedra və 120 laboratoriya vardı. Hazırda universitet binasının 70%-i istifadəyə yararsız haldadır. Bu səbəblə də tələbələrin dərs keçə biləcəyi sinif sayı məhduddur.”

Yaxın Şərqin ən böyük mətbəəsinin bu universitetdə olduğunu deyən Hetroşi terrorçuların bu mətbəəni də partladaraq yararsız hala saldığını bildirib. Terrorçuların universitet binasından hərbi hissə və təlim mərkəzi kimi istifadə etdiyini deyən mətbuat sözçüsü  2017-ci ildən burada tədris fəaliyyətinin bərpa edildiyini və 11 min tələbənin təhsil almaq üçün qeydiyyatdan keçdiyini qeyd edib. 

Xəbər: Şirəli MƏMMƏDOV 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURAN MÖCÜZƏLƏRİ

Miladi 7-ci əsr. Bəşər oğlu səmaya baxanda minlərlə ulduz görür, lakin onların nə olduğunu bilmir. Şəkillərini oxşadaraq uydurduğu adlarla fala...

Bağla