İSLAM ƏLEYHİNƏ YENİ TƏŞKİLAT YARADILDI

0

Kanadada islam əleyhinə “3 faiz” adlı qrup yaradılıb.

Bbu barədə ”vice.com” portalı məlumat yayıb. Portal 8 aylıq araşdırmadan sonra qrupun “Müharibə dostlarıyıq, müharibə halındayıq və həyatımızın mübarizəsinin ortasındayıq” şüarı ilə hərəkət etdiyini bildirib.

Portala açıqlama verən qrup lideri Robert Vellinqin Kanada hökumətinin onları yerli terrorçu kimi gördüyünü bildirib. Qrup başçısı Kanada daxilində 16 məscidə aktiv şəkildə nəzarət etdiklərini söyləyib:

“Bu məscidlər terrorçu təhsil qrupları üçün təhsil cəbhəsidir. Məscidləri izləməyə və vəziyyəti qeydə almağa davam edəcəyik. Biz islamı və müsəlmanları sevmirik. Vaxt yetişərsə və güc işlədərək hərəkətə keçmək lazım gələrsə, bunu edərik”.

Bundan əlavə, xəbərdə qrupun Albertada 1600-dən çox üzvü olduğu və Kanada Krallıq polisinin vəziyyətdən xəbərdar olduğu qeyd edilib.

Alberta Müsəlman İctimaiyyətlə Əlaqələr Şurası isə qrupun adının rəsmi şəkildə terror təşkilatları siyahısına salınması üçün çağırış edib.

Qeyd edək ki, Kanadada islam əleyhinə yaradılan bu qrup adını 2008-ci ildə ABŞ-da Barak Obamanın prezident seçilməsindən sonra yaradılan “3 faiz” qrupundan götürüb. Qrup Toronto, Monreal başda olmaqla, Kanadanın böyük şəhərlərində hər həftə etiraz aksiyası keçirərək özünə tərəfdaş toplamağa çalışır. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KONQRESİN İLK HİCABLI VƏKİLİ TRAMPIN HƏDƏFİNDƏ

ABŞ Konqresinin ilk hicablı vəkili Somali əsilli İlhan Omar 11 sentyabr hadisələri ilə bağlı fikirlərinə görə tənqid obyektinə çevrilib.

Bağla