“İSLAM HƏMRƏYLİYİNİN DİNİ RADİKALİZMƏ QARŞI MÜBARİZƏDƏ ROLU” – TƏDBİR

0

13.12.2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonu Bırkandul kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz:həmrəylik və vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Bildirilir ki, Lerik rayonu Hamarmeşə kənd tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, məktəbin direktoru Fərman Haşımov, dini icma sədri Şəfahət Heydərov, müəllimlər, şagirdlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Hamarmeşə kənd tam orta məktəbinin direktoru Fərman Haşımov çıxışında keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı MəmmədovÜmummilli Lider Heydər Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliğ edilməsindəki mühüm xidmətlərindən bəhs edərək, onun layiqli davamçısı Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini həmrəyliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DİQDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev çıxışında gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasının vacibliyini vurğulayıb. O.Maşayev həmçinin gənclərin dini radikalizm və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyini qeyd edib.

Daha sonra mövzu ətrafında çıxış edən dini icma sədri Şəfaət Heydərov və digərləri çıxışların damilli-mənəvi dəyərlərimizin təbliği və gənclərin dini radikalizmdən qorunması ilə bağlı fikirlərini bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hz. Peyğəmbərin Yardım Sevərliyi – Onun İzində

Bağla