İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun baş ofisi İstanbulda yerləşəcək

0

İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) baş ofisi İstanbul şəhərində yerləşəcək.

Bununla bağlı “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının tərkib hissələrindən biri olan bu İnstitutun əsas məqsədləri üzv dövlətlərin standartları həyata keçirməsinə səy göstərmək və standartlaşmada əhatə olunan məhsullar, proses və sistemlərlə əlaqədar yarana biləcək maneələri aradan qaldırmaq, standartlaşma və metrologiya sahəsində üzv dövlətlərin personalı üçün toplanmış informasiya və təcrübə mübadiləsi üçün imkanlar yaratmaqdır.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANIN MULTİKULTURAL MODELİ BÜTÜN DÜNYA ÜÇÜN NÜMUNƏDİR”

Qafqaz Müsəlmanları İradəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamabad və Londonda mərkəzləşən MÜSLÜM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib....

Bağla