İSLAM PEYĞƏMBƏRİNİ ﷺ TƏHQİR EDƏN DEPUTAT SAXLANILDI

0

Hindistanda hakimiyyətdə olan “Hindistan Xalq Partiyadı”nın (BJP) millət vəkili Thakur Raja Singh saxlanılıb.

İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna millət vəklinin İslam peyğəmbəri Həzrəti Muhammədi ﷺ təhqir etməsi səbəb olub.

Məlumata görə, Telenqana əyalətinin Heydərabad şəhərində saxlanılan millət vəkili, Həzrəti Muhammədi ﷺ təhqir edən videolar hazırlayıb və onları yayıb. Onun bu hərəkəti bölgədə etirazla qarşılanıb və müsəlmanlar müxtəlif vaxtlarda Singhə qarşı aksiyalar keçiriblər.

Hüquq-mühafizə orqanları Thakur Raja Singhin məhkəmə prosesi barədə ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcəyini açıqlayıblar.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türkiyə bayrağını Azərbaycanla birlikdə Qarabağda dalğalandıran ölkədir”

“Türkiyə əvvəlki Türkiyə deyil, Ayasofyadan dünyaya azan oxuyan bir ölkədir. Azərbaycanda, Qarabağda bu ölkənin bayrağı ilə Türkiyə bayrağını yan-yana dalğalandıran...

Bağla