İSLAM PEYĞƏMBƏRİNİ DÜNYAYA TANIDAN REJİSSORUN HƏYATI FİLM OLDU-VİDEO

0

İslam peyğəmbəri Hz. Muhammədin (sav) həyatı barədə “Çağırış” filmini çəkərək dünya şöhrəti qazanan suriyalı rejissor Mustafa Aqqad barədə film çəkilib. Mövzusu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən qısametrajlı filmin rejissoru türkiyəli rejissor Muhamməd Benekdir. Filmdə Mustafa Aqqadın Amerikaya getmək üçün atasından razılıq alması hədisi-şərifin (Bir atanın övladına verə biləcəyi ən yaxşı irs gözəl əxlaqdır) işığında təsvir edilib. Benek, belə bir filmi ərsəyə gətirməsinin qürur verici olduğunu deyib.

“Dünyada ilk dəfə peyğəmbərimiz barədə kino çəkmiş bir rejissorun həyatında dönüş nöqtəsi olmuş bir hadisəni hədisi-şəriflə ifadə etmək qürur vericidir. Filmin Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilməsi də əhəmiyyətlidir. Bütün bunların bir araya gəlməsi filmin effektini çoxaldır. Mustafa Aqqad mənim üçün çox dəyərlidir. Çünki yetişdiyi coğrafiyanın mədəniyyətindən, dəyərlərindən uzaqlaşmadan beynəlmiləl bir imic yaxalamış, bütün dünya tərəfindən qəbul edilmiş və işində də uğur qazanmış bir rejissordur. Aqqad bu soğrafiyada yaşayan müsəlman rejissorlar üçün örnəkdir.”

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA NİKAH

Təklik Allaha məxsusdur və Allah bütün məxluqatı cüt yaratmışdır. Aralarında da cazibə və cəzbetmə qanunu qoyaraq maddi və mənəvi təkamülləri...

Bağla