İSLAMA GÖRƏ İNSAN

0

Qədimdən bəri bütün dinlər və fəlsəfi cərəyanlar insan anlayışı üzərində fərqli fikirlər bildirmişdir. İnsanın yaradılış qayəsi, onun kainatdakı yeri, ilk yaradıldığı maddə kimi suallar hər dövrdə müzakirə mövzusu olmuşdur. Həm monoteist dinlərin (tək Allahlı dinlər deməkdir), həm də politeist dinlərin (çox Allahlı dinlər deməkdir) əsas hərəkət teritoriyalarında Allah inancı, insan məsələsi və Allah-insan münasibətləri xüsusi yerə sahibdir. Sadə gönünüşlü mürəkkəb arxitekturanın hərəkət dinamikinin Allah və insan qavramlarına görə təşəkkül etməsi dinlərin nəzdindəki insan anlayışının mahiyyətini dərk etmək üçün bir fikir bəxş edir. Bəs, İslama görə insanın bu qarışıq sistemdəki yeri nədir?

            Həm Qurani-Kərimin ayələrinə, həm də Həzrət Peyğəmbərin (s.ə.v.) pak sünnətinə müraciət etdikdə yuxarıdakı sualı cavablandıra bilərik. Belə ki, İslam, əsas etibarilə insanın zehni hürriyyəti üzərində dayanır. Azad və heç kəsdən aslı olmayan zehin İslam üçün çox önəmlidir. Ağlın bir-birindən zərərli cərəyanların təsirində qalması dinin hədəflədiyi azadlıq idealını zədələyir və həmcinslərinin (insanların) dilsiz və ağızsız qullarına çevirir. İslam kimi kamil bir din belə bir düşüncəyi əsla təsdiq etmir. Son haqq din vəhyin mərkəzinə insanı yerləşdirərək Allahla onun arasındakı əlaqənin nə qədər önəmli olduğuna diqqət çəkir.

            Yuxarıdakı ifadələrimizi biraz da aça bilərik; Allah Təalanın xitabı insanın kamilləşməsidir. Qurani-Kərim xüsusi olaraq insanı, ümumi olaraq isə bütün insanlığı tərbiyyə etmək və dünyanı gözəlləşdirmək üçün nazil olmuşdur. İlahi vəhyin endiyi dil insan dilidir. Çünki müxatəbi insandır. Müqəddəs kitabda (Qurani-Kərimdə) fərdi və ictimai fəaliyyətlərdən bəhs edilir. Həmçinin Həzrət Peyğəmbərin (s.ə.v.) pak sünnəti də insanların problemlərinin həllinə yönəlikdir. Hər fürsətdə Allahın Rəsulu (s.ə.v.) insan anlayışının incəliklərinə təmas etmişdir.

            İnsanın azad fikirli olmasının və ruhi sərbəstliyə önəm verilməsinin Allahdan başladılması İslamın hədəflədiyi reallıqdır. Haqq din üçün insan üstün yaradılışlı varlıqdır. Elə isə onun əməlləri də əşrəful-məxluqatın özülündən ayrı ola bilməz. Allah tərəfindən əşrəful-məxluqat üçün ən gözəl nemətlər yaradılmış, cövhərinə zərər verəcək şeylər qadağan edilmişdir. Bəzəkli və zahirindən fayda gəlməyən şeylərin aldadıcı təsirləri insanın fitrətini zədələməyə başlamışdır. İnsanı qulluq şüurundan ayıraraq qul mövqeyinə salan ərəzlər xoş, bütün dünya nemətlərinin zəncirlərini qıraraq vicdana azadlıq bəxş edən ibadət etmə şüuru isə əbləhlik sayılmışdır. İnsan, yenə öz əli ilə azadlığını itirmişdir. Ancaq İslam var olduqca azadlıq qapısı onun üçün həmişə açıq qalacaqdır. Çünki İslam hər kəsi Allaha ibadət etməyə dəvət edərək azadlıq nemətinin nə qədər dadlı olduğunu bəşəriyyətə göstərməyə çalışır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
2025-Cİ İLİN İLK AY TUTULMASI MARTIN 14-DƏ BAŞ VERƏCƏK

Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu tam Ay tutulması olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika...

Bağla