İSLAMDA KİNO VƏ TEATR SƏNƏTİNƏ NECƏ BAXILIR?

0

Cavab: İslamın kino və teatr kimi sənətlərə yanaşmasına gəlincə, bu kimi sahələrdə də işləməyin tamamilə qadağan edildiyinə dair bir dəlil yoxdur. Sözügedən sənətlər düzgün istiqamətdə, faydalı xidmətlərdə istifadə edilə bildiyi kimi, qeyri-əxlaqi və zərərli verilişlərlə mənfi yöndə də istifadə edilə bilər. Dinimizin inanc, əməl və əxlaq prinsiplərinə zidd olmamaq, haramlara vasitəçi olmamaq, başqalarının hüquqlarına təcavüz etməmək şərti ilə kino, teatr və digər vasitələrlə canlandırma və buralarda rol almaqda dini baxımdan hər hansı qəbahət yoxdur. Hətta müsbət yolda istifadə edildiyi təqdirdə, zəmanəmizdə bunlar mühüm əhəmiyyət kəsb edən sahələrin başında gəlir.

Şübhəsiz ki, kino və teatr kimi sənətlərdə İslama zidd olan söz və hərəkətlər qadağan edilmişdir. Haram buyurulan şeyləri etmək günah olmaqla yanaşı, bu kimi davranışlara razılıq vermək və kömək etmək də günahdır. Bununla bağlı Uca Allah “Maidə” surəsinin 2-ci ayəsində belə buyurur: 

“Ey iman gətirənlər! … Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”

DR. ANAR QURBANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞINDA SİYASİ-İQTİSADİ BİRLİK

Sovet ittifaqının parçalanmasının həmən ardından Türkiyənin Türk Cümhuriyyətləri, xüsusilə də Azərbaycan üçün bir model olması o dönəm Türkiyə üçün bu...

Bağla