İSLAMIN MÜQƏDDƏSLİK PRİNSİPİ

0

Tək tanrılı dinlər “müqəddəslik” düşüncəsi əsasında mövcudiyyətlərini davam etdirirlər. “Müqəddəslik” düşüncəsinin kökündə Allah incancı dayanır. Tövhid incancı pozulduğu zaman din və dinin əsasları təhrifə məruz qalar. Bunu yəhudilik və xristianlıqda görə bilərik. Belə ki, yəhudilər, dünya malını üstün tutduqları üçün dinlərini bir kənara atdılar və təhrif yolunu tutdular. Yəhudilikdə “müqəddəslik” prinsipinin pozulmasını tövhid inancında görə bilərik. Qurani-Kərimin bildirdiyinə görə yəhudilər, Üzeyri Allahın oğlu qəbul edirlər (Tövbə 9/30). Əhli-kitabdan yəhudilərin tövhid inancını zədələmələri dinləri ilə bağlı bir çox təhrif hadisəsini də bərabərində gətirmişdir. Misal olaraq yəhudilərin Allaha antropomorfik (insana məxsus) xüsusiyyətlər yükləyərək onun, cənnətdə gəzdiyinin, yorulduğunu, əsəsbləşdiyini, verdiyi qərarlarda yanıldığını iddia etmələrini göstərə bilərik. Həmçinin onlar, Tövratı da müəyyən bir məbləğ qarşılığında təhrif etmişdir. Müqəddəs kitabımız Qurani-Kərim yəhudilərin təhrif iddialarından bəhs edir (Ali-İmram 3/79; Maidə 5/43, 66). Xristianlar da yəhudilərin yolu ilə davam edərək sadəcə müqəddəs kitablarını təhrif etmədilər. Eyni zamanda dinin əsası olan tövhid inancını zədələdilər. Onlar, Həzrət İsanın Allahın övladı olduğunu iddia etdilər (Maidə 5/68).

İslam dini yəhudilik və xristianlıqdan fərqli olaraq “müqəddəslik” prinsipini təhrif etməmiş, onu həmişə qorumuşdur. İslamın nazil olmasının səbəblərindən biri də budur. Allah yəhudiliyin və xristianlığın təhrif olunmuş dini düşüncələrini ortadan qaldırmaq və pozulmuş “müqəddəslik” prinsipini yenidən bərpa etmək üçün son haqq din olaraq İslam dini göndərmiş, tövhidin əsaslarını yenidən bərpa etmişdir. İslam dininə görə Allah antropomorfik xüsusiyyətlərə sahib deyil. O, təkdir və bütün varlıqların yaradıcısıdır. Allahın övladı da yoxdur. Hər şeyin yaradıcısı olan ilk var olanın övladının olması məntiqi olaraq da mümkün deyildir. Yəhudilikdə peyğəmbərlərin ismət sifəti yoxdur. Yəni, yəhudi inancında peyğəmbərlər günah işləyə bilərlər. Ancaq İslam peyğəmbər inancına əhəmiyyət verərək “müqəddəslik” düşüncəsinin zədələnməməsi üçün peyğəmbərlərin ismət sifətinə önəm vermişdir. Belə ki, İslam dininə görə peyğəmbərlər günah işləməkdən, Allaha asi olmaqdan və yalan danışmaqdan bəridir.

Görüldüyü kimi İslam, zədələnmiş “müqəddəslik” düşüncəsini bərpa etmiş və dini sağlam təməllər əsasında yenidən inşa etmişdir. Tövhid inancının saf və təmiz əsaslar üzərində inşa edilməsi bir çox cəhətdən önəmlidir. Əvvəla, dinin ilahi qaynaqlı olduğunu, tövhid inancının insaların təməlsiz düşüncələrindən daha üstün olduğunu bəyan edir. İkincisi, insanları bir bayraq altında birləşdirərək aralarındakı mövcud çaxnaşmaları və polemikləri yox edir. Üçüncüsü, İslamın ümumbəşəri prinsiplərə söykəndiyini göstərir. İslamın dinin “müqəddəslik” düşüncəsini yenidən ehya etməsi tövhid inancının qiyamət gününə qədər sabitqədəm olacağının nişanəsidir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub. Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in...

Bağla