İsmail Demir: “Türkiyə olaraq müdafiə sənayesində yeni mərhələyə başlamışıq”

0

“Türkiyə olaraq müdafiə sənayesində artıq yeni mərhələyə başlamışıq”.

Bunu Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir deyib.

O bildirib ki, yeni texnikalardan təkcə Türkiyə yox, ehtiyacı olan digər dövlətlər də istifadə edə biləcəklər:

“Biz bu il müdafiə sənayesi sahəsində müxtəlif yeniliklər, o cümlədən insansız dəniz aparatları görəcəyik”.

İ, Demirin sözlərinə görə, “TCG ANADOLU” gəmisi aprelin 10-da təhvil veriləcək:

“TCG ANADOLU” dünyanın ən böyük hərbi gəmisidir. Bu texnika artıq xidmətə hazırdır. “TCG ANADOLU”nun qiyməti dünyadakı oxşar texnikaların qiymətindən fərqlənir”.

Qeyd edək ki, “TCG ANADOLU universal xüsusiyyətlərə malik döyüş gəmisidir. Bu gəminin istehsalına 2016-cı ildə başlanıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanlı müəzzin Türkiiyədə “Quranı gözəl oxumaq” müsabiqəsində iştirak edib

Müqəddəs Ramazan münasibətilə Türkiyənin ictimai kanallarından olan TRT 1 telekanalında keçirilən “Quranı gözəl oxumaq” müsabəsində azərbaycanlı müazzin də iştirak edib....

Bağla