İSRAİLƏ AİD RƏSMİ TVİTTER SƏHİFƏSİNDƏ QURANI ƏLƏ SALDILAR

0

İsrailə aid rəsmi tvitter hesabında müqəddəs Quranın ayələri ələ salınıb.

İsrail Xarici İşlər Nazirliyinə aid ərəbcə yayımlanan sosial şəbəkə səhifəsində İsrail HHQ-nin Qəzza zolağını bombardıman etməyini əks etdirən foto paylaşılıb. Paylaşımın şərh hissəsində isə Qurani-Kərimdə olan Fil surəsi yazılıb.

Kəbəyə hücum edən Yəmən valisi Əbrəhənin məruz qaldığı aqibətdən bəhs edən bu surənin, Qəzzanın bombalanmağını əks etdirən foto ilə paylaşılmağı etirazlara səbəb olub.

Baş verənləri kəskin tənqid edən “Məscidi-Əqsa” vəqfinin rəhbəri Şeyx Ömər əl-Kisvani, İsrailin Quran ayələrinin tərcüməsindən öz lehində istifadə etdiyini deyib.  

“Onlar Quran ayələrini istədikləri kimi öz lehlərində şərh edirlər. halbuki həqiqi “Fil sahibi” onlardır,  Qəzanın məzlumları deyil. Bu Allahın ayələrini ələ salmaqdır. Biz bunu şiddətlə qınayırıq.”  – deyə Kisvani qeyd edib.

Kisvani bildirib ki, İsrail bu cür paylaşımlarla sadəcə fələstinliləri yox, bütün müsəlmanları ələ salır və təxribata çəkir.

Qeyd edək ki, Qurani-Kərimdə Fil surəsində buyurulur:

“1 Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi

2 Allah onların hiyləsini boşa çıxartmadımı?!

3 Onların üstünə qatar-qatar quşlar göndərdi.

4 Quşlar onlara bişmiş gildən ibarət sərt daşlar atırdı.

5 Beləcə, Allah onları yeyilmiş əkin yarpağı kimi etdi.”

Xatırladaq ki, İsrailin mayın 10-dan bəri Qəzza Zolağına hücumları nəticəsində 61 nəfəri uşaq, 36 nəfəri qadın olmaqla 213 nəfər dünyasını dəyişib, 1442 nəfər yaralanıb.

İşgalci İsrail, Kur'an'la alay ediyor: Gazze'nin bombalandığı fotoğraf ayetle paylaşıldı

“Anadolu” agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNSAN VƏ XƏLİFƏLİK

Kainat və içərisində yer alan hər şey Allahın sənət əsəridir. Gördüyümüz hər şey, əslində, Allahın yoxdan var edici olduğunu təsdiq...

Bağla