İSRAİL, COVİD-19 PEYVƏNDİNİN QƏZZAYA GİRMƏSİNƏ İZN VERMƏDİ

0

İsrail rəsmiləri Fələstin hökumətinin blokadada olan Qəzza zolağına göndərdiyi koronovirus peyvəndlərinin girməsinə izn vermədi.

Bu barədə Fələstinin səhiyyə naziri Mey Keyle məlumat verib. Nazir bildirib ki, 2 min ədəd “SputnikV” peyvəndi reanimasiyada və təcili yadım xidmətində fəaliyyət göstərən səhiyyə işçiləri üçün nəzərdə tutulub.

İsrailin özbaşına münasibətinin beynəlxalq qanunlara, konvensiyalara və müqavilələrə zid olduğunu deyən nazir, peyvəndləri ən qısa zamanda Qəzzaya çatdırmaq üçün beynəlxalq qurumlarla danışıqların davam etdiyini qeyd edib.

Qeyd edək ki, 53 593-ü Qəzzada olmaqla Fələstində 190 316 nəfər covid-19 virusuna yoluxub. 537 nəfəri Qəzza zolağında olmaqla 2 133 nəfər isə bu səbəbdən dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHIM! RƏCƏB AYINI BİZİM ÜÇÜN MÜBARƏK EYLƏ!

Rəcəb ayı Zülqadə, Zülhiccə və Məhərrəm ayları kimi haram aydır. Yəni Allaha və Onun əmrlərinə qarşı hörmət və təzim ayıdır....

Bağla