İSRAİLLƏ HƏMAS ARASINDA ƏLDƏ OLUNMUŞ ATƏŞKƏSİN MONİTORİNQİNİ MİSİR HƏYATA KEÇİRƏCƏK

0

İsrail hökumətinin iclasından sonra Baş nazir Benyamin Netanyahu və HƏMAS liderləri 11 gün davam edən aviasiya və raket hücumlarının dayandırılması barədə qərar qəbul ediblər.

Anadolu xəbər agentliyi xəbər verir ki, mayın 21-də gecə saat 00:04-də qüvvəyə minəcək bu qərarın yerinə yetirilməsi monitorinqini Misir həyata keçirəcək. İsrail hökumətinin bəyanatında qeyd olunub ki, Tel-Əviv Misirin qeyd-şərtsiz atəşkəs elan edilməsi təşəbbüsünü yekdilliklə təsdiq edib.

Atəşkəs qərarının ABŞ və Misir prezidentləri Co Bayden və Əbdülfəttah əl-Sisi arasında danışıqlardan sonra verildiyi bildirilir. Bundan bir gün əvvəl rəsmi Qahirə Ramallahda və Tel-Əvivdə də danışıqlar aparıb.

Münaqişə tərəfi olan HƏMAS liderlərindən biri Usamə Həmdan “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, Misirin vasitəçiliyi ilə irəli sürülmüş atəşkəs təşəbbüsü qəbul edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HULUSİ AKAR: “KANDİLDƏ TERRORÇULARIN İŞIĞI SÖNÜR”

"İraqın şimalındakı Kandil dağında terrorçu PKK qruplaşmasının düşərgəsinin işıqları sönür". “TRT Haber”in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi...

Bağla