İSTANBULDA, HƏYAT NAMAZLA GÖZƏLDİR TƏDBİRİ KEÇİRİLİB

0

Türkiyənin İstanbul şəhərində, “Quran nəsli platformu”nun təşkilatçılığı ilə “Həyat namazla gözəldir” tədbiri keçirilib.

İstanbul Kartal rayonu “Soğanlık” məscidində keçirilən tədbirdə iştirak edən uşaqlar iki rəkat nafilə namaz qılıblar.

Qurani-Kərim tilavəti ilə başlayan tədbirdə daha sonra uşaqlar əzbərlədikləri Quran ayəsi və Hədisi-şərifləri oxuyublar. Şeir və ilahilərlə davam edən tədbirin sonunda müsabiqə keçirilib və dua edilib.

Tədbir barədə açıqlama verən “Quran nəsli platformu”nun sözçüsü Günay İşeri, Həzrəti Muhammədin ﷺ namaz barədə “gözümün nuru” və “dinin dirəyi” dediyini xatırladıb.

“Bu qədər əhəmiyyətli bir ibadəti uşaq yaşlarında öyrəniblər. Buna görə uşaqları və ailələrini təbrik edirəm. namaz qılan bir ictimaiyyətin faydasını həmişə hər yerdə görəcəyik inşallah. Namazsız həyatın heç bir əhəmiyyəti yoxdur.” – deyə İşeri qeyd edib.

İstanbul'da "Hayat namazla güzeldir" etkinliği düzenlendi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır

Azərbaycanı Naxçıvan üzərindən Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır. 2021-ci il oktyabrın 26-da iki ölkənin rəhbəri tərəfindən...

Bağla