İstanbulda iki binanın çökməsi nəticəsində 7 nəfər xəsarət alıb

0

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.

İstanbul valisi Davut Gül Fatih rayonunda təbii qaz partlayışı nəticəsində uçqun baş vermiş 2 binanın dağıntıları altından 7 nəfərin çıxarılaraq xəstəxanaya göndərildiyini, daha 1 nəfərin axtarışının davam etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

D.Gülün sözlərinə görə, daha bir nəfərin xialsetmə əməliyyatının başa çatmaq üzrədir.

Ayvansaray məhəlləsi, Ebe küçəsindəki təbii qazdan qaynaqlandığı ehtimal olunan partlayışdan sonra çökən bitişik 2 binanın dağıntıları ərazisinə baxış keçirib və səlahiyyətlilərdən məlumat alıb:

“İlkin məlumata görə, ümumilikdə 9 nəfər uçqun altında qalıb. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), yanğınsöndürmə idarəsi, Fatih Bələdiyyəsi, polis və digər qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub

Qətərin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə...

Bağla