İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir

0

İstanbulun Dolmabahçe Sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edir.

İclasa həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri qatılıb.

Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçıları da toplantıda iştirak edirlər.

Görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır.

İclası Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıb. O deyib ki, qlobal sabitliyi təmin etməkdə türk dünyasının rolu artıb. Onun sözlərinə görə, Ukraynadakı müharibə hər kəsə təsir edir: “Biz də türk dünyası olaraq bu hadisələrdən, o cümlədən enerji böhranından təsirlənirik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya...

Bağla