İSTANBULDA TÜRKİYƏ-AZƏRBAYCAN ORTAQ MEDİA PATFORMUNUN İLK TOPLANTISI KEÇİRİLİB

0

İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmilərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

“Bir millət, iki dövlət” şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın artırılması, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib.

Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə İctimai diplomatiya, Beynəlxalq media, Stratejik kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, Rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin də yaradılması ilə bağlı qərar qəbul edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAHA BİR MDB ÖLKƏSİ “BAYRAKTAR” ALIR

Qırğızıstan Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatları alır. Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri general Kamçıbek Taşiyev jurnalistlərə açıqlamasında...

Bağla