İzmirdə zəlzələ qurbanlarının sayı çoxaldı (YENİLƏNİB-2)

0

Türkiyənin İzmir şəhərində baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artaraq 91 olub.

***

13.30

Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı çoxalıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə dünyasını dəyişənlərin sayı artaraq 83 olub.  4 nəfəri ağır olmaqla 9 nəfərin isə müalicəsi reanimasiyada davam edir. 

***

10.00

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində Yerli vaxtla saat 14.51-də baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı çoxalıb.

İslamveirfan.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, bu gün səhərə olan məlumata görə zəlzələdə ölənlərin sayı artaraq 79, yaralıların sayı 962 olub. Həmçinin yaralananlardan 743-ü ambulator müalicə üçün evə buraxılıb, 219 yaralının müalicəsi isə xəstəxanada davam edir.

Zəlzələnin baş verməsindən indiyə qədər bölgədə 1120 avtoşok baş verib, onlardan 43-nün şiddəti 4 baldan yuxarı olub.

Axtarış-xilasetmə işlərinin davam etdiyi İzmirin Bayraklı rayonunda zəlzələnin baş verməsindən 58 saat sonra 14 yaşlı İdil, 65 saat sonra isə 3 yaşlı Elif dağıntıların altından yaralı olaraq xilas edilib. Körpə Elif dağıntıların altından xilas edilən 106-cı insan olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANDLARINIZ YAXŞILIQLARINIZA ƏNGƏL OLMASIN

Hər kəsə yaxşılıq etmək, işlərini gülər üzlə və şirin dillə etmək insanı Allah sevgisinə çatdırar. Allah Qurani-kərimdə belə buyurur: Yaxşılıq...

Bağla