KƏBƏDƏ İLK TƏRAVİH NAMAZI QILINIB

0

Ramazan ayı hilalının görünməsi ilə Səudiyyə Ərəbistanı və Fələstində Ramazan ayı rəsmi olaraq başladı və ilk təravih namazları Kəbədə və Əl-Əqsa məscidində qılındı.

Məkkədə yüz minlərlə müsəlman Kəbədə ilk təravih namazını qılıb.

İsrail məhdudiyyətlərinə baxmayaraq, on minlərlə müsəlman işğal olunmuş Şərqi Qüdsün Köhnə şəhərindəki Əl-Əqsa məscidində ilk təravih namazını qıldı.

Axşam namazı zamanı hilalın göründüyü və sabah Ramazanın ilk günü olacağı elan edildikdən sonra on minlərlə müsəlman ilk qiblə olan Əl-Əqsa məscidinə axışdı.

Qiblə məscidini, Qübbəyi-Səhra məscidi və həyəti dolduran müsəlmanlar işa və təravih namazlarını Əl-Əqsa məscidinin imamı Şeyx Yusif Əbu Sininin arxasında qılıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN AYININ TƏQVİMİ AÇIQLANIB – CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na...

Bağla