KƏBƏDƏ SOSİAL MƏSAFƏSİZ İLK CÜMƏ NAMAZI QILINDI – VİDEO

0

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidi-Haramda uzun müddətdən sonra sosial məsafəsiz ilk cümə namazı qılınıb. 1.5 illik məsafədən sonra zəvvarlar burada sadəcə tibbi maskadan istifadə edərək sosial məsafəsiz namaz qılıblar.

Qeyd edək ki, ölkə rəhbərliyinin qərarına əsasən oktyabrın 17-dən ölkədə pandemiya şərtləri yumuşaldılmış, bu qərara görə iki doza vaksini olan möminlər Məscidi-Haram və Məscidi-Nəbəvidən tam həcmdə istifadə etməyə başlamışdılar. 

Xatırladaq ki, qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistan 1.5 ildir ölkəyə əcnəbi zəvvar qəbul etmir. Yeril zəvvarları yaxın təmasdan qorumaq üçün isə Kəbənin və Məqamı-İbrahimin ətrafı arakəsmələrlə bağlanmış və burada sosial məsafə qaydası tətbiq olunurdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İBNİ-SİNA: MƏNFİ HİSSLƏR ORQANLARA ZƏRƏR VERİR

Müdrik bir təbib olan İbni-Sinaya görə mənfi hisslər insanın səhhətinə və orqanlarına təsir edir. Müasir tibb elmi də bunu sübuta...

Bağla