KƏBƏDƏ YAŞANAN ACI BİR XATİRƏ

0

Bir gün Əbu Cəhil belə dedi:

“Məhəmməd hələ də sizin yanınızda üzünü torpağa sürtürmü?”

Bu suala qarışılıq olaraq “bəli” cavabı verildi.

“Lat və Uzzaya and içirəm ki, onu elə edəndə görsəm, boynundan basacaq və ya üzünü torpağa basacağam.”

Bir müddətdən sona Rəsullah (s.ə.s) namaz qılan vaxt onun yanına getdi. Niyyəti boynundan basmaq idi, ancaq birdən ətrafdakılar onun geri çəkildiyini və əlləriylə özünü qorduğunu gördülər.

Nə olduğunu soruşanda belə cavab verdi:

“Mən ona yaxınlaşanda onunla mənim aramda içi odla dolu bir xəndək və qanadları olan qorxunc bir şey gördüm”-, dedi.

Rəsullah (s.ə.s) belə buyurdu:

“Əgər mənə yaxınlaşmış olsaydı mələklər onun  bədən üzüvlərini bir-bir qoparardı.”

Bu hadisədən sonra Allah təala aşağıdakı ayələri nazil etdi:

“Xeyr! Həqiqətən, insan çox azğınlıq edir. Şübhəsiz ki, axır dönüş Rəbbinədir. Namaz qılan bir bəndəyə mane olanı gördünmü? De görək, əgər o bəndə doğru yoldadırsa, Yaxud təqvanı (Allahdan qorxmağı) əmr edirsə, onda necə? De görək, əgər o haqqı yalanlayır və üz döndərirsə, onda necə? O bilmirmi ki, Allah (onu) görür? Xeyr! Əgər (bu əməllərinə) son qoymazsa, onun kəkilindən tutacağıq o yalançı, günahkar kəkilindən. Qoy o öz tərəfdarlarını çağırsın. Biz də zəbaniləri (cəhənnəm mələklərini) çağıracağıq. Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş!” (Ələq 6-19)

Murat Kaya

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNSANI HƏLAK EDƏN 7 BÖYÜK GÜNAH

Bağla